AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, İsveç hökuməti, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə, NATO ilə əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirib. Bu barədə «Dagens Nyheter» qəzetinə verdiyi müsahibədə Baş nazir Stefan Leven bəyan edib.
«Bizim NATO ilə yaxşı əməkdaşlığımız var. Amma yenə də ehtiyac yaranarsa, əməkdaşlığımızı inkişaf etdirməyə hazırıq» - deyə, alyansın Varşavada keçiriləcək sammiti ərəfəsində hökumət başçısı qeyd edib. Sammitə İsveç və Finlandiya da dəvət olunub.
Mayın sonlarında İsveç parlamenti «NATO çevik qüvvələri hərbçilərinin İsveç krallığı ərazilərinə yerləşdirilməsi hüququ verən» müqaviləni təsdiqləyib. Bundan əlavə, İsveç silahlı qüvvələri müntəzəm olaraq NATO-nun rəhbərliyi altında keçirilən təlimlərdə iştirak edir.
Ötən il İsveç hökuməti hərbi xərclərin əhəmiyyətli dərəcədə artırıldığını və gələcək bir neçə ilə üçün əlavə olaraq 6,2 milyard kron (680,0 milyon avro ətrafında) vəsait ayrılması barədəki planlarını elan edib.
Beləliklə, 2020-ci ilə ölkənin müdafiə büdcəsi 46,6 milyard krona (5,12 milyard avro) çata bilər. Hökumət bundan artıq müdafiə istiqamətli əlavə vəsait xərcləmək fikrində deyil: «2020-ci ilə qədərki dövr üçün qərarımız var, bu vəsaitlər bəs etməlidir» - deyə, hökumət başçısı bildirib.

Şərhlər