Menu

​"Beşiktaş"ın futbolçusu Premyer Liqada çıxış edəcək

07.07.2016, 19:15
​"Beşiktaş"ın futbolçusu Premyer Liqada çıxış edəcək

Gökhan Törə 1 illik icarəyə götürülüb

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Gökhan Törəni icarəyə verib. "Report"un məlumatına görə, 24 yaşlı futbolçu qarşıdakı mövsümdə İngiltərənin "Vest Hem" klubunda çıxış edəcək.

İngiltərə təmsilçisi "Beşiktaş"a icarə haqqı olaraq 3 mln/ avro ödəyəcək. Futbolçunun tam transfer qiyməti isə 13 mln/ avrodur.

Törə qarşıdakı bir neçə gündə İngiltərəyə gedərək tibbi müayinədən keçəcək.

Qeyd edək ki, G.Törənin "Beşiktaş"la müqavilə müddəti 2019-cu ildə başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol