Günorta saatları Rusiya səhm bazarında kütləvi satışla, dünya bazarında neftin ucuzlaşması ilə yadda qalıb
Üç həftəlik sakitlikdən sonra bu gün günorta saatlarında Rusiya səhm bazarında kütləvi satışla yadda qalıb.
ANS PRESS-in məlumatına görə, analitiklər bunu Ukraynadan, xüsusilə də bu ölkənin cənub-şərqi regionlarından gələn xəbərlərlə bağlayırlar. Bazar günü bu regionlarda indiki Ukrayna hakimiyyətinə qarşı kütləvi mitinqlər keçirilib, bir sıra inzibati binalar tutulub. Həmçinin Donetsk vilayətinin xalq soveti mayın 11-də Donetsk xalq respublikasının yaradılması ilə bağlı referendum təyin edib.
Saat 15.30-da MMVB indeksi 3,3 faiz, RTS indeksi isə 4,5 faiz düşüb. Ən çox FSK səhmləri (8,7 faiz) düşüb. Saat 16:40-da isə MMVB indeksi 3,1%, RTS indeksi isə 4,3% azalıb.
Səhmlərin azalması isə aşağıdakı kimi olub: "FSK EES" - 9,5%, "Rostelekom" - 5,7%, "İnter RAO EES"- 5,5%, "Rossiyskiye seti" - 5,2%, "Sberbank Rossii" - 4,5%, "Qazprom neft"- 3,7%, VTB - 3,7%, "Qazprom" - 3,7%, "LUKOYL" - 3,1%, "Maqnit" - 3,1%, "Severstal" - 2,2%, "Surqutnefteqaz" - 2,1%, "Tatneft" - 1,5%, "Nornikel" - 1,1%, "Rosneft" - 0,9%.
Dünya bazarında Rusiyanın əsas gəlir qaynaqlarından olan neftin qiyməti də ucuzlaşmağa başlayıb. Günorta saatlarında London birjasında “Brent” nefti 0,76% ucuzlaşaraq 105,82 dollar/barrelə düşüb.


Şərhlər