Menu

Ukraynada Donetsk şəhərinin adının dəyişdirilməsi təklif olunub

08.07.2016, 16:39

Ukrayna-bayraqUkrayna prezidenti Pyotr Poroşenkonun saytında Donetsk şəhərinin adının dəyişdirilməsi ilə bağlı petisiya yerləşdirilib.

APA-nın məlumatına görə, petisiyada Donetsk şəhərinin Stepano-Bandersk adlandırılması təklif edilib. Hələlik petisiyanı bir nəfər imzalayıb. Müraciətə baxılması üçün səslərin sayı minimum 25 min olmalıdır.

Xatırladaq ki, Kiyevdəki Moskva prospektinin adı dəyişdirilərək Stepan Bandera adlandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol