NATO sammiti çərçivəsində Polşanın paytaxtı Varşavada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb. Anspress-in məlumatına görə, bu, tərəflərin saxta "erməni soyqırımı" layihəsinin Almaniya parlamentində tanınması, eləcə də alman deputatlarınİncirlik hərbi bazasına buraxılmaması nəticəsində yaşanan gərginlikdən sonra baş tutan ilk görüşü olub.
Türkiyə prezidenti Ərdoğan və Almaniya kansleri bir müddət söhbət ediblər, şəkil çəkdiriblər.
Görüşdə iki ölkə əlaqələri ilə yanaşı miqrant axını, terrorla mübarizə kimi mövzular müzakirə olunub. Mətbuata qapalı olan görüş bir saat davam edib.
Bununla Ərdoğan və Merkel, alman parlamentinin 1915 hadisələrini "soyqırım" olaraq tanıması və alman millət vəkillərinə İncirlik bazasını ziyarət icazəsi verilməməsilə Ankara-Berlin xəttində yaranan gərginliyin ardından ilk dəfə üz-üzə gəlmiş olublar.


Şərhlər