MKİ-nin əməkdaşı Qrem Fullerlə Gülən “hocanı” dərin tarixi tellər birləşdirir.Almaniyalı analitik Ulyam Enqdal “Voltaire Network” dərgisində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Qrem Fullerin Mərkəzi Asiya ölkələrindəki dini cərəyanların terrorçuluğa meyilləndirilməsi və müxtəlif qanlı olayların təşkil olunmasında iştirakına dair diqqətçəkən məqalə ilə çıxış edib. “Qafqazinfo” məqalədən bəzi hissələri təqdim edir:
Kimdir Qrem Fuller?
O, Mərkəzi Kəşfiyyat İdarəsində müxtəlif yüksək vəzifələrdə çalışıb. Sovet İttifaqı Əfqanıstana qoşun yeridəndə Q.Fuller MKİ-nin Kəbildəki nümayəndəliyinə rəhbərlik edib. 1998-ci ildə Q. Fuller MKİ-dən rəsmən istefa verib. Bundan sonra o, fəaliyyətini “RAND Corporation” Analitik Mərkəzində davam etdirib. Burada işlədiyi ərəfədə Füller Türkiyədən qaçmış din adamına ABŞ-da sığınacaq tapması üçün köməklik göstərir. Federal Tədqiqatlar İdarəsi Türkiyə vətəndaşına sığınacaq verməyin əleyhinə olsa da, iki sabiq MKİ əməkdaşı “yaşıl kartın” alınmasına müvəffəq ola bilirlər. Onlardan biri isə “Siyasi islamın gələcəyi” kitabının müəllifi Q.Fuller olur.
Həmin Türkiyə vətəndaşının kimliyinə gəldikdə, məqalə müəllifi bunu açıq və aydın şəkildə yazıb – Fətullah Gülən. Nə imiş Güləni MKİ əməkdaşına bağlayan? Niyə amerikalı kəşfiyyatçı, islam ölkələri və digər dövlətlərin ərazisində törədilmiş terror aktlarının əvvəlcədən hazırlanmasına iştirak etdiyi iddia olunan Q. Füller Gülənə görə bu qədər əziyyət çəkib, onun Pensinvaniyaya sığınmasını təmin edib? Bütün bunlar barədə məqalədə maraqlı məqamlar yer alıb.

U.Enqdal Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistandakı Gülən məktəbləri və ibadət yerlərindən də söz açıb.

Məlum olur ki, Ruslan həmin o MKİ əməkdaşı, Fətullah Gülənin himayəçisi Q.Fullerin kürəkənidir.

Elə bu məqamlara əsaslanan U.Enqdalın sonrakı qeydləri də düşündürücüdür: “Çoxları belə bir suala cavab axtarır: Ola bilərmi ki, Bostandakı terror hadisəsi Qrem Fullerlə əlaqədə olan şəxslər(!) tərəfindən qurulmuş aldadıcı əməliyyat olsun? Məqsədləri də bu ola bilər ki, terrorun arxasında Putinin dayandığına dair fikir formalaşdırsınlar. Hər halda o, Tsranayev qardaşlarının Mərkəzi Kəşfiyyat İdarəsilə əlaqələrini təkzib edərkən bir çox mətləblərə aydınlıq gətirmiş oldu. O cümlədən də Fətullah Gülənlə bağlı məqamlara. İndi Gülən Fullerin yanındadır – ABŞ-da”.
Qeyd edək ki, U.Enqdal “Miflər, yalan və neft müharibələri” kimi bir neçə məşhur kitabların müəllifidir.


Şərhlər