Menu

Yol polisi zabiti ölüb, həyat yoldaşı ağır yaralanıb - Tovuzda ağır qəza

12.07.2016, 21:55

Qezada-sinmish-padpres-180912Bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Tovuz-Düzqışlaq avtomobil yolunda qeydə alınıb.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə yerinin yaxınlığında yerləşən istirahət mərkəzlərinin birində dincələn Eyvaz Həsənov həyat yoldaşı ilə kvadrasikla hərəkət edən zaman idarəetməni itirib və yolun kənarındakı divara çırpılıb.

Qəza nəticəsində Eyvaz Həsənov dünyasını dəyişib, həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən baş leytenant Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlar tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol