Məmməd Əzizovun saxlanılarkan və istintaq zamanı işgəncəyə məruz qaldığı iddia edilir
NİDA Vətəndaş Hərəkatının üzvü Məmməd Əzizovun işgəncə faktlarının araşdırılmaması ilə bağlı Avropa Məhkəməsinə şikayət göndərdi. Bu barədə Bizimyol.info-a vəkil Fariz Namazlı məlumat verib.
Vəkilin sözlərinə görə, M.Əzizov 11 yanvar 2013-cü ildə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən 07 mart 2013-cü ildə saxlanılarkən və 15 mart 2013-cü ildə MTN istintaq Təcridxanasında olarkən MTN əməkdaşları tərəfindən döyülüb, işgəncəyə məruz qalıb.
“Baş prokurorluğun 4 iyun 2013-cü il tarixli qərarı ilə ona işgəncə verilməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan verilən şikayətlər Səbail rayon və Bakı Apellyasiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Bundan sonra Məmməd Əzizovun işi üzrə Avropa Məhkəməsinə şikayət göndərib”.


Şərhlər