Xarici KİV-lər xəbər verir ki, Fransa mətbuatı ölkə prezidentinin şəxsi dəllək xərcinin nə qədər olduğunu müəyyən edib. Qəzetlər 10,0 min avro rəqəmini yazıblar.
Dəqiqləşdirilib ki, bu məbləğ şəxsi dəlləyin bir aylıq məvacibidir. Dəlləklə işgüzar müqaviləni Yelisey sarayının dəftərxana direktoru 4 il bundan əvvəl imzalayıb. Beləliklə, qəzetlər hesablayıblar ki, 5 il müddətinə bağlanmış bu əmək müqaviləsi dəlləyə 600,0 min avro məbləğində gəlir gətirəcək.
Bundan başqa, qeyd olunur ki, müqavilə ilə nəzərdə tutulmuş məvacibindən əlavə, dəllək həm də bir sıra imtiyazlardan bəhrələnir.
Bəs, Azərbaycanda bir qəzet və ya tanınmış bir halal jurnalist bir ildə nə qədər qazanır? Qəzetlərə və jurnalistərə çağırış etmək istərdik: nə qədər qazana bilirsiniz?
Belədə, adamın könlündən dəlləklik keçməsin, neyləsin?!
AzPolitika.info

Şərhlər