Menu

"Çelsi" və "Real" yarımfinalda! (VİDEO)

09.04.2014, 09:39
"Çelsi" və "Real" yarımfinalda! (VİDEO)

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunları İngiltərə və Almaniyada keçirilib.

Ötən həftə baş tutan oyunlarda 3 qol buraxan komandalar bu dəfə öz meydanlarında oynayıblar. Yarımfinalın astanasında olan qonaqlar isə üstünlüyünü qorumağa çalışıblar.

Fransa səfərində PSJ-yə 1 qol vurmağı bacaran “Çelsi” öz meydanında 2 top fərqı ilə qalib gəlib. İki oyunun nəticəsi 3:3 başa çatsa da, londonlular rəqib meydanında vurduqları qol sayəsində növbəti mərhələyə yüksləblər.

Digər matçda isə meydan sahiblərinin işi daha çətin olub. “Borussiya” da “Real”ın qapısından 2 cavabsız top keçirib. Amma ingilislərdən fərqli olaraq, almanlar rəqib meydanında qol vura bilmədiklərindən, "Real" növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

Çempionlar Liqası

1/4 final, cavab oyunları

8 aprel

“Çelsi” (İngiltərə) – PSJ (Fransa) - 2:0

Qol: Şürle, 32; Ba, 87

İlk oyun – 1:3

“Borussiya” (Dortmund, Almaniya) – “Real” (İspaniya) - 2:0

Qol: Roys, 24; 37

İlk oyun – 0:3

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol