Menu

Moskvada Lavrov və Kerri arasında görüş keçirilir

15.07.2016, 11:30

1412755726_kerry_lavrov_mprnews_orgMoskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S. Lavrov görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı, Dağlıq Qarabağ münaqişəsinin həlli və iki ölkə arasındakı münasibətlərə dair məsələlərin müzakirə olunacağını bildirib.

C. Kerri də müzakirə mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli olacağını təsdiqləyib. O, rusiyali həmkari ilə Yaxın Şərqdəki vəziyyət, eləcə də Dagğlıq Qarabağ münaqişəsinin nizamlanmasina dair muzakirə aparacağını vurğulayıb.

Görüşdən sonra S. Lavrov və C. Kerri birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, bir gün öncə ABŞ dövlət katibini prezident Vladimir Putin qəbul edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol