Menu

ANKARA HAVADAN BOMBALANIR! - Binali Yıldırım

16.07.2016, 04:00

binali_yildirim_010616"AzPolitika" xəbər verir ki, Türkiyə Baş naziri Binali Yıldırım bir az əvvəl verdiyi açıqlamada, paytaxt Ankarada atışmaların davam etdiyini, üsyançı qüvvələrin şəhəri havadan bombaladığını bildirib. Yıldırım üsyançı qüvvələrə səslənərək "Nə qədər ki, gec deyil bu yoldan geri dönün, bu sizə son xəbərdarlığımdı, əks halda havadan və qurudan sərt cavab alacaqsız" deyə Yıldırım şərt qoyub.

Hazırda Türkiyə Millət Məclisində partlayı səsləri eşidilir. Millət Məclisində bu dəqiqəyə qədər 7 dəfə partlayış olduğu və 12 nəfərin yaralandığı bildirilir. Nəzarəti ələ alan türk polisi hazırda Millət Məclisini 500 əməkdaşı ilə mühafizə edir.

Bununla yanaşı Baş qərərgah rəisi Hulisi Akarın da işinin başında olduğunu bildirib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol