Bir müddət əvvəl çevirilişə cəhd edən qüvvələrin müdaxiləsi ilə TRT kanalı fəaliyyətin dayandırıb. ANS PRESS-in məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın xalqa səslənməsindən sonra, sakinlər küçələrə axışaraq hökumətə dəstək nümayiş etdirib. Bundan sonra insanlar toplaşaraq TRT kanalı ətrafında birləşiblər.
Nəticədə dövlət telekanalının binası çevriliş etməyə cəhd etmiş hərbçilərdən azad olunub. Yerli KİV-lərin məlumatına əsasən, binada 4 hərbçi olub.


Şərhlər