Aprelin 11-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq.

Aprelin 11-də Azərbaycanın rayonlarında, bəzi dağlıq və dağətəyi ərazilərdə gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 9-14 isti olacaq.