Məhbəs dövründən sonra Ərdoğan özünü hakim dairələrin, hərbçilərin, terror təşkilatlarının qurbanı kimi görməyə başladı. Hazırda Qərb dünyası çevrilişə cəhdin dəyərləndirilməsi məsələsində yekdildir. Demokratik yolla seçilmiş Türkiyə hökuməti dəstəklənib. Sözsüz ki, hüquqi dövlət və demokratiya, hərbçilərin müdaxiləsindən qorunmalıdır.

Amma məğlubiyyətə uğramış qiyamçılara bütün bunlar ilk baxışda sadəlövh görünmürmü? Görəsən, Ərdoğan öz seçicilərinin çoxluğundan avtoritar rejim qurulması üçün istifadə etmirmi? Bəlkə vəziyyət elədir ki, qiyamçıların yeganə günahı, məhz onların məğlubiyyətə uğramalarıdır?!

Yox! Birincisi, ona görə ki, demokratik yolla seçilmiş ölkə rəhbərliyi (hansı şətlər daxilində seçilməsi mühüm deyil), hər halda diktaturadan fərqli bir mənzərə təsiri bağışlayır. Məsələn, Portuqaliyadakı qərənfil inqilabından öncə olduğu kimi.

İkincisi, müasir tarixdə Türkiyə də daxil olmaqla, çevriliş baş verən ölkələrin əksəriyyətində növbəti çevrilişlər bir-birlərini əvəz edib. Amma onu da demək lazımdır ki, 1960-cı ilin mayında Türkiyədə baş vermiş hərbi çevrilişdən sonra, qiyamçılar ölkəyə, onun tarixindəki ən demokratik konstitusiyanı vermişdilər.

- Heç bir ictimai dəstəyin olmaması

Lakin onlar, hakimiyyətin ələ keçirilməsi ənənəsinin başlanğıcını qoydular. Çünki əgər bir qrup əsgər hesab edirsə ki, onlar ölkəni "şər qüvvələrdən" azad etməlidirlər, onda gec və ya tez, bunu istəyə biləcək başqa qüvvələr də tapılacaq.

Belə bir neqativ təcrübə ona səbəb olub ki, indi Türkiyənin üç müxalifət partiyası çevrilişə cəhdi kəskin şəkildə pisləyir. Qiyamçıların məğlub olmalarının başlıca səbəbi çevrilişin təşkilindəki naşılıqlarla yanaşı, onların arxasında heç bir ictimai dəstəyin olmamasıdır.

- Ərdoğanı xalq müdafiə edir

Buna strateji arqumenti də əlavə etmək lazımdır. Məhz 1997-ci ilin fevralında Ərdoğanın siyasi öndəri, islamçı Nəcməttin Ərbakan hökumətin tərkibindən çıxarıldıqdan sonra (hərbçilərin gücü ilə, məcburi şəkildə), AKP yüksəlişə keçdi. Həmin hadisələrə cavab olaraq, Ərdoğan, Ədalət və İnkişaf Partiyasını (AKP) yaratdı. O dövrlərdə həbsdə qalması, onun üçün özünəməxsus şəkildə əfsanəyə döndü ki, Ərdoğan həmin hadisədən indi də istifadə edir. Günahsız insanın təqib olunması: isteblişmentin qurbanı, hərbçilərin qurbanı, ölkəyə düşmən olan terror təşkilatların qurbanı...

Ancaq bu tarix artıq tükənib. İndi Ərdoğanın əvvəlkindən qat-qat yaxşı olan, başqa bir tarixi var. Həmin tarix onu necə devirmək istənildiyi və xalqın onu öz qanı ilə necə qorumasından ibarətdir.

Qiyamdan 24 saat sonra üç mindən artıq hakim və prokurorun həbs olunması, Ərdoğanın çox tezliklə məhdudiyyətsiz hakimiyyətə yiyələnmək üçün çevrilişdən bir bahənə kimi istifadə edəcəyini göstərir.

Həm də ki, hal-hazırda onun seçicilərin səsini də aşıb keçən legitimliyi var. Bu onun potensial silahlı kütlə tərəfindən küçələrdə dəstəklənməsidir. Bazar günü Ərdoğan öz tərəfdarlarına, ən azından hələ bir həftə boyunca küçə və meydanları tərk etməmək barədə çağırış edib. Bununla bərabər o, silah gəzdirilməsi barəsindəki qanunun sadələşdirlməsini də elan edib.

Məhkəmə və KİV-lər üzərində nəzarət, dövlət ilə biznesin birləşdirilməsi, ideoloji məqsədlərlə həvəsləndirmə, zor tətbiq etməyə hazır olan fanatik tərəfdarlar kontingenti, mülkü aktivistlərdən ibarət daimi əsaslarla xidmət göstərəcək təhlükəsizik güclərinin ittifaqı - totalitar hökmdarlığın tərkib hissəsi olan bunların hamısı Türkiyədə var.

Ona görə də, təkcə demokratiyanın, hüquqi dövlətin və azadlığın hərbi qiyamdan qorunması kifayət deyil. Onları həmçinin mülkü qiyamdan da qorumaq lazımdır.

(Die Welt)