Menu

Türkiyədə dörd universitetin rektoru işdən azad olundu

20.07.2016, 15:31
Türkiyədə dörd universitetin rektoru işdən azad olundu

Türkiyə Ali Təhsil Şurası (YÖK) dörd universitet rektorunun işdən azad edilməsi ilə bağlı qərar qəbul edib.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Diclə və Yalovadakı universitetlərin, eləcə də Qazi Universitetinin və "Yıldız" Texniki Universitetinin rektorları işdən çıxarılıblar.

Rektorlar Fəthullah Gülən ilə əlaqələrinin olmasında şübhəli bilinirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol