Menu

Keçmiş əməkdaşı “Turanbank”a məhkəmədə qalib gəlib - MÜRACİƏT

20.07.2016, 18:15
Keçmiş əməkdaşı “Turanbank”a məhkəmədə qalib gəlib - MÜRACİƏT

"Turanbank”ın keçmiş əməkdaşı Orucov Fail Fəxrəddin oğlu məhkəmə çəkişməsində bu banka qalib gəlib. Bu barədə F.Orucov “AzPolitika”ya müraciətində yazır. Keçmiş bank işçisinin məktubunda deyilir:

“Mən “Turanbank”da işləyirdim, böyük kredit mütəxəssisi. O bankda gedən saxta işlərə mane olduğum üçün məni maddə ilə işdən çıxartmışdılar. Bankın Marketinq ve satış departamentinin direktoru Emil Mürsəlovun dırnaqarası qazancına mane olduğum üçün, məni özlərinin də dediyi kimi, torba tikməklə işdən çıxartmışdılar. Emil Mürsəlovun qohumu, “Finca”dan qovulan Baxışov Zamin də onun kömeyi ilə “Turanbank”a gətirildi. Mən Emil Mürsəlovun ve onun qohumu Zamin Baxışovun bütün saxtakarlıqlarını “Turanbank”ın baş ofisinə bildirdim. Emil Mürsəlov öz qohumunun dollar kreditini birinci devalvasiyadan sonra köhnə kursla kassaya qaytarmışdı. Elə bir saxta eməliyyat apardılar ki, güya bele bir şey olmayıb. Baxışov Zaminin də sələmçilərə və biznesi olmayanlara kredit verməyini sübut etdim və baş ofisə bildirdim. Mən kasıbçılıqla böyümüşəm, elə başa düşmüşəm ki, hər zaman düzgün ve vicdanla işləmək insana baş ucalığı getirər. Amma təssüf ki, “Turanbank”a mənim kimi işçi ilə işləmək sərf etmədi və baş ofisdən adlarını audit qoyub, şər atmaq, saxta yollarla verilmiş kreditləri yoxlamayan işçilər İlyas Qocayev ve Cəlil müştərilerin adından saxta akt tərtib edərək, məni əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxartdılar. Mən də məhkəməyə müraciət etdim və onların saxtakarlıqlarını sübut etdim. Onların saxta tərtib etdikləri aktda adları çəkilən müştərilər məhkəməyə müraciət etdilər və onların dediklərinin tam eksinin akta yazıldığını bildirdilər. Müştəriləri məcbur edirmişlər ki, durun Failin üzünə, onsuzda Failin “torbası tikilib”. Müştərilər sağ olsunlar, hamısı məhkəmədə mənim həqiqətən təmənnasız işçi olduğumu və onların dedikleri yalanları üzə çıxardılar.

Cənab Prezident İlham Əliyevə və ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət etdim. Sağ olsun, cənab Prezidentimiz İlham Əliyev və Fikrət Məmmədov mənim müraciətlərimə baxdılar. Cənab Fikrət Məmmədov məni şəxsən qebul etdi və dinlədi, mənim haqlı olduğumu gördü. O, mənim işimi nəzarətə götürdü və ədalətli bir şəkildə həll olunmasına köməklik göstərdi. Mənə yazdıqları maddəni Yasamal Rayon Məhkəməsinin qərardadı ilə sildilər. Mən burdan Yasamal Rayon Məhkəməsinin sədri Ələddin müəllimə və hakim Ayaz müəllimə də təşəkkürümü bildirirəm. Onlar da gördü ki, mən saxta yolla işdən çıxarılmışam. Əlbettə, “Turanbank”a mənim kimi onların dırnaqarası qazanclarına mane olan işçi lazım deyil. Mən burdan bir daha öz adımdan və ailəmin adından cənab Prezidentimiz İlham Eliyevə və cənab Fikrət Məmmədova minnətdarlığımı bildirirəm. Qoy bunlar “Turanbank”a dərs olsun”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol