Sivas Qarnizon Komandiri Kar ifadəsində "Camaatçı" olduğunu etiraf edib.
"AzPolitika.info"nun məlumatına görə, 15 iyul günü Fəthullahçı Terror Təşkilatının (fetö) zərbə cəhdinin ardından həbs olunaraq həbsxanaya göndərilən Sivas 5-ci Piyada Briqadası və Qarnizon Komandiri general-mayor Fatih Cəlaləddin Kar, camaatla yaxından əlaqəsi olduğunu etiraf edib.
Fatih Cəlaləddin Kar, prokurorluqdakı ifadəsində, camaatla yaxından əlaqəsi olduğunu, tez-tez yurdlara və evlərə getdiyini, ardıcıl yığıncaqlara qatıldığını bildirib.
Fəthullah Gülən camaatı ilə yaxın əlaqəsi olduğunu izah edən Kar: "1988-1992-ci illər arasında camaatla yaxın marağım var idi. Bu müddət ərzində evlərə və yurdlara gedirdim, yığıncaqlarda iştirak edirdim. 10 il müddətlə camaata xidmət etdim. 2007-ci ildən sonra xüsusilə Balyoz və Ergenekon əməliyyatlarının ardından uzaqlaşmağa başladım, əlaqələrimizi təxirə saldım. Zərbə cəhdi ilə əlaqədar əmri axmaq hesab edirəm və o səbəblə də qoşulmadım, bombalamalar qarşısında çox kədərliyəm", deyə general izahatında bildirib.
Bununla belə istintaq zamanı bəzi həqiqətlər də üzə çıxıb. Belə ki, 5-ci Piyada Briqadası və Qarnizon Komandiri general-mayor Fatih Cəlaləddin Kar, zərbə cəhdinin ardından gecə gec saatlarda qubernatorluq binasına gəlib və gecəni Sivas valisi Davut Gül ilə keçirib. Zərbə cəhdi müvəffəqiyyətli olsaydı Sivas Möhkəm İdarə Komandiri təyin olunacağı ortaya çıxan Kar, səhər saatlarında nəzarətə götürüldükdən sonra çıxarıldığı məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.
AzPolitika.info


Şərhlər