“Yurd TV” internet televiziyası fəaliyyətini dayandırıb. Bu barədə AzVision.az-a kanalın adını açıqlanmasını istəməyən əməkdaşı məlumat verib.
O, bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı qərar dünən axşam saatlarından etibarən qəbul olunub.
Maraqlıdır ki, "Yurd" TV-nin Xəbərlər departamentinin rəhbəri Səadət Məmmədova açıqlama verərək bildirib ki, televiziyanın fəaliyyətinin dayandırılması ilə bağlı əməkdaşlara heç bir rəsmi məlumat verilməyib.
"Hazırda bütün əməkdaşlar işdədirlər", - o əlavə edib.
Qeyd edək ki, dünən axşam kanalın dayandırılması ilə bağlı qərar qəbul olunandan sonra sayta heç bir xəbər yerləşdirilməyib. Saytda sonuncu xəbər 19:49-da qoyulub. Kanalın fəaliyyətinin dayandırılması ilə bağlı məsələni araşdırmağa davam edəcəyik.


Şərhlər