Fətullahçı Terror Təşkilatının (fetö) zərbə cəhdinin yaxından izlənildiyi Misir mətbuatında, Fətullah Gülənin Misirə sığınması ehtimalı müzakirə edilməyə başlayıb.
"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş Misir prezidenti Ədli Mənsurun mətbuat məsləhətçisi, jurnalist Əhməd Əl Müsəlmani, Vaşinqton rəhbərliyinin Ankaranın geri tələbi üzərinə FETÖ rəhbəri Güləni deportasiya etməsi vəziyyətində, Gülənin Misirə sığınabileceyini bildirib.
Müsəlmani, Misirdə fəaliyyət göstərən "Dream TV" adlı televiziya kanalında aparıcılığını etdiyi "İlk Çap" proqramında, "Türkiyədə Misir rejimini narahat edən ünsürlər var. Misir rəhbərliyi də bu səbəblə Güləni sığınacaq axtaran şəxs olaraq qəbul etməsin? Bu, Türkiyə qarşısında Misirin əlini gücləndirir" deyə ilginc açıqlama verib.
Müsəlmaninin FETÖ lideri Gülənlə bağlı bu ifadələri, Misir ictimaiyyəti və ictimai mediada dərin müzakirə mövzusu olub.


Şərhlər