Menu

"Savadlı din xadimlərinə böyük ehtiyac var” - Allahşükür Paşazadə

22.07.2016, 12:08
"Savadlı din xadimlərinə böyük ehtiyac var” - Allahşükür Paşazadə

“Azərbaycanda savadlı din xadimlərinə böyük ehtiyac duyulur”. Qafqaz MÜsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bunu İdarə sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Zaqatalada dindarlarla keçirdiyi görüşdə bildirib.

O qeyd edib ki, sovet vaxtında və sonrakı dövrlərdə din xadimləri ancaq namaz qılmaq, oruc tutmaq və dua verməklə öz işlərini bitmiş hesab ediblər: “Ancaq indi cəmiyyət də, dünyadakı vəziyyət də sürətlə dəyişir. Bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar. Ona görə də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa çatdıra bilsinlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol