Menu

Texasda atışma: 4 ölü

24.07.2016, 13:45
Texasda atışma: 4 ölü

Texas yaşayış kompleksində baş verən atışma zamanı dörd nəfər ölüb.Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, hadisə yerində bir kişi, iki qadın və bir uşaq meyiti aşkarlanıb.

Polis daha bir uşağın həyat üçün təhlükəli olmayan xəsarətlə xəstəxanaya aparıldığını bildirib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs özü də ölü tapılıb. Polis bu səbəbdən şəhər sakinləri üçün artıq təhlükənin mövcud olmadığını qeyd edib.

Atışma Austindən cənub-şərqdə yerləşən və 7.5 min əhalisi olan Bastrop şəhərində qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol