Menu

"GÜLƏN ABŞ MƏRKƏZİ KƏŞFİYYATINA İŞLƏYİR" - Vyaçeslav Nikonov

26.07.2016, 13:26
"GÜLƏN ABŞ MƏRKƏZİ KƏŞFİYYATINA İŞLƏYİR" - Vyaçeslav Nikonov

Millət vəkili Vyaçeslav Nikonov Fətullah Gülən haqqında ilginc açıqlamalar verib.

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya parlamenti  millət vəkili və Duma Təhsil Komissiyası rəhbəri Vyaçeslav Nikonov, Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı (CIA) üçün işlədiyini və ABŞ-ın Güləni Türkiyəyə ekstradisiya etməyəcəyini iddia edib.

Rusiya millət vəkili Nikonov: "Türkiyədəki çevriliş cəhdində Amerikanın əli var. Gülənin ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatı (CIA) üçün işlədiyini və işə davam etdiyini hər kəs yaxşı bilir. Güləni Türkiyəyə verməyəcəklər. Bununla yanaşı NATO-nun Varşava sammitində heç kim Türkiyə prezidenti Ərdoğana əl uzadıb görüşmədi. ABŞ və NATO rəhbərləri daxil olmaqla. Çünki Ərdoğan, həmin sammitdən 3 gün əvvəl Putin ilə barışıq əldə etmişdi" deyə millət vəkili açıqlama verib.

Beynəlxalq Araşdırmalar Mərkəzi direktoru, Türkoloq Vladimir Avatkov isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məhkəmə və təhsil müəssisələrindən Gülən tərəfdarlarını işdən çıxarması haqda: "Rusiyanın maraqları baxımından bu çox gözəldir. Belə də davam etmək lazımdır. FETO Rusiyada da qadağan edilib. Gülənin məktəbləri köhnə Sovet respublikalarında var. Türkiyədə çox güclü Amerika əleyhdarlığı var. Rusiya bundan istifadə etməlidir. Əgər Türkiyə yeni Osmanlı ideyasından imtina etsə bu vəziyyətdə yeni bir Rus-Türk əlaqələri ilə qarşılaşa bilərik"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol