Menu

Qiyamçı generalın evindən məxfi sənədlər çıxdı

26.07.2016, 16:04
Qiyamçı generalın evindən məxfi sənədlər çıxdı

15 iyul hərbi çevrilişə cəhdin aparıcı simalarından olan ordu generalı Akın Öztürklə bağlı yeni faktlar ortaya çıxıb.Axar.az xəbər verir ki, qiyamçı generalın qonşusu M.S. adlı şəxs Akın Öztürkün dəfələrlə hakim, prokuror və yüksək rütbəli zabitlərlə görüşlər keçirdiyini bildirib.

O, generalın 4 mərtəbəli evdə polis rəisləri ilə tez-tez görüşdüyünü və bu evdə əhəmiyyətli sənədlərin olacağını deyib.

Qonşusunun ifadəsindən sonra polis Akın Öztürkün NATO Komandanlığından 2 kilometr aralıda yerləşən evində axtarışlara başlayıb və məxfi sənədlər ələ keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol