Bakı-Sumqayıt yolunda kütləvi şəkildə ağaclar kəsilib. ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda ağaclarına kəsilməsi ilə bağlı fotolar yayılıb. Mübahisə mövzusuna çevrilən şəkil insanların ciddi narazılığına səbəb olub.
Məsələ ilə bağlı ANS PRESS-ə açıqlama verən ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Bakı-Sumqayıt yolunda ağacların kəsilməsi dövlət əhəmiyyətli yolunun genişləndirilməsi ilə bağlıdır:
"Bu cür dövlət əhəmiyyətli layihələr icra edilərkən ağac kəsimi ETSN ilə razılaşdırılır. Bəzi hallarda qanuni yolla ağac kəsminə icazə verilir. Belə olan halda ağac kəsilməsi halları ola bilər. Bakı-Sumqayıt yolunda kəsilən ağacların yaşı ötdüyündən biz də nazirlik olaraq məcbur olduq ki, həmin ağacların kəsilməsinə icazə verək. Orada nə qədər ağac kəsiləcəksə əvəzində 10 misli qədər yeni ağaclar əkiləcək".
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda ağaclarına kəsilməsi ilə bağlı fotolar yayılıb.

Şərhlər