Menu

​60 yaşlı Bakı sakini evində ölmüş vəziyyətdə tapılıb

28.07.2016, 22:33

ambulansBakıda 60 yaşlı kişi axşam saatlarında evində ölmüş vəziyyətdə tapılıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xəzər rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1956-cı il təvəllüdlü Abışov Rauf İman oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol