Menu

ABŞ-da naməlum şəxs polislərə atəş açıb

29.07.2016, 13:58
ABŞ-da naməlum şəxs polislərə atəş açıb

Kaliforniya ştatındakı San Dieqo şəhərində silahlı şəxs polislərə atəş açıb.

"Report" "Reuetrs"ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb.

Yaralı polislər xəstəxanaya çatdırılıb, onların vəziyyəti dəqiqləşdirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hələlik hadisənin motivləri məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol