Menu

Bakı sakininə qarşı 80 min dollarlıq dələduzluq

30.07.2016, 11:21
Bakı sakininə qarşı 80 min dollarlıq dələduzluq

Bakıda daha bir dələduzluq hadisəsi qeydə alınıb.

“Report”un xəbərinə görə, Bakı şəhər sakini 36 yaşlı Rüfət Əzizov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin aprel ayında 34 yaşlı Asif Əliyev onu aldadaraq 60 min manat və 20 min ABŞ dollar pulunu alıb, lakin indiyədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol