Milli Şura üzvləri telefon söhbətini Milli Şuraya qarşı növbəti təxribat kimi qiymətləndirir
Rəsul Quliyevin dediyinə o qədər də fikir vermək lazım deyil.Bunu Avropa.info-ya açıqalamsında AXCP sədrinin müavini Nurəddən Məmmədli bildirib.
Onun sözlərinə görə, o nə deyibsə, artıq deyib. “Bizm indi müxalifətin birliyinə ciddi ehtiyac olduğu bir vaxtda belə şeylərə əhəmiyyət vermək düz deyil. Ona görə də R.Quliyevin dediklərinə fikir bildirmək niyyətində deyiləm”, - o vurğulayıb.
Mən bunu Milli Şuraya qarşı növbəti təxribat kimi dəyərləndirirəm. Bunu açıqlamasında Milli Şuranın üzvü, “El” Hərəkatının rəhbəri Eldəniz Quliyev isə bunu Milli Şuraya qarşı növbəti təxribat kimi qiymətləndirib: “Bu bir təxribatdır ki, Rəsul Quliyevin adından yayılıb. Amma məsələ qısa zamanda aydınlaşacaq. Əgər bu həqiqətən də doğrudursa, belə bu müxalifət müxalifətin birliyinə zərbə vurmağa yönəlib”.
Bundan istifadə edənlər Milli Şura və onun vahid namizədinə qarşı yönələn qara piarın tərkib hissəsi kimi qəbul edirəm, deyən E. Quliyev onu da əlavə edib ki, əgər bu həqiqət olarsa, qoy onda Rəsul Quliyev özü buna cavab versin.
Rəsul Quliyevin telefon danışıqlarına və fikirlərinə şərh vermək istəmirəm. O, özü izahat versin”. Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbərin mediada yayılan telefon danışığına şərh verərəkən deyib.


Şərhlər