Menu

"Zəlzələ Mingəçevir şəhərində hiss olunub" - İcra başçısının müavini

01.08.2016, 10:56
"Zəlzələ Mingəçevir şəhərində hiss olunub" - İcra başçısının müavini

Episentri İmişli rayonunda baş verən zəlzələ Mingəçevir şəhərində ani hiss olunub. Bu barədə Trend-ə açıqlamasında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov bildirib.

İcra başçısının müavini bildirib ki, hadisə nəticəsində şəhərə heç bir ziyan dəyməyib: "Şəhər sakinlərinin çoxu bəlkə də zəlzələni heç hiss etməyib. Sadəcə ani bir zəif silkələnmə oldu, vəssalam. Hər şey normaldır, əhali arasında təşviş olmayıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol