Bu tarix Aqata Kristinin qələminə layiqdir. Türkiyədə baş tutmayan çevrilişdə kimin cavabdeh olması barəsində artıq bir neçə nəzəriyyə ortaya çıxıb.

Bu fikrin əleyhinə olanların arqumenti ondan ibarətdir ki, xüsusən hazırkı anda Türkiyə NATO və ABŞ üçün çox əhəmiyyətli ölkə sayılır və ona görə də, Vaşinqton bu cür yola getməz. Hal-hazırda NATO təyyarələri İncirlik aviabazasından uçaraq, İŞİD-i bombalayır, Türkiyədə isə 2,5 milyon suriyalı qaçqın var ki, əgər Ankara istəsə, onlar çox asanlıqla Avropa Birliyinə yollana bilərlər. Həm də ki, xalq tərəfindən seçilmiş prezidentin devrilməsinin uğurla nəticələnəcəyi şansı minimum olduğu halda, belə bir planı həyata keçirməyə çalışmaq, əsl axmaqlıq olardı. “İstanbul pəhləvanı” adlandırılan Ərdoğan, sizin üçün xoş rəftarlı Müsəddiq deyil (İranın keçmiş baş naziri -red) və həm də ki, indi 1953-cü il yox, 2016-cı ildir.

Lakin buna nəinki ictimaiyət, heç Fətullah Gülənin ən yaxın ətrafı belə inanmır. Çünki belə bir strategiyaya baş vurmaq üçün Türkiyə lideri ümidsiz vəziyyətdə olmalı və ya da ki, tamamilə ağlını itirməlidir. Ola bilər ki, Ərdoğan bütün gücü ilə ölkəyə prezident sistemini gətirməyə çalışır, amma o, qətiyyən öz strateji repertuarına yalançı çevriliş əlavə edəcək qədər ümidsiz və çarəsiz vəziyyətdə deyil. Xeyli sayda insan həlak olub və əgər həqiqətlər üzə çıxarsa, onda onun siyasi karyerasına son qoyular.


Ancaq bütün bunların hamısı gülənçilərin hökumətə qarşı qəsddə iştirak etdikləri sualına cavab vermir. Gülənçilərin ordunun ən yüksək eşalonuna belə böyük sayda daxil olmalarına və hakimiyyəti müstəqil şəkildə devirməyə cəhd götərdiklərinə inanmaq çətindir. Türkiyə silahlı qüvvələrində zabit korpusunun hazırlanmasında sərt dünyəvi kurs həyata keçirilməsini və ordu sıralarında hətta ən yumşaq dini xüsusiyyətlərin üzə çıxmasının qəbul edilməz olduğu nəzərə alınarsa, bunlar inandırıcı səslənmir. Ona görə də, hökumət tərəfindən çevriliş cəhdinin bütövlükdə Gülən hərəkatı üzərinə qoyulması hədsiz şişirdilmiş ehtimal kimi görünür.
Dördüncü və sonuncu nəzəriyyə isə ondan ibarətdir ki, çevrilişi, ordunun zabit korpusundakı fundamental kamalçılar hesab edilən hansısa barışmaz və sərt elementlər təşkil ediblər. Həmin nəzəriyyəyə görə, onlar bu yola iki səbəbdən gediblər.
Birincisi, bu adamlar belə bir fikrə gəliblər ki, AKP hökuməti, dövlətin islamlaşdırılması yolundakı cəhdlərində hədsiz uzağa gedib və Ərdoğanın prezident kimi daha çox hakimiyyət əldə etməməsi, Türkiyənin islamlaşmaması, Atatürkün dünyəvi respublika arzusuna son qoyulmaması üçün onun dayandırılması lazımdır.
İkincisi, 2013-cü ildəki Gəzi parkı etirazlarından başlamış, 2015-ci ilin son iki seçkisinə kimi, hərbçilər belə bir nəticə çıxarıblar ki, Türkiyə cəyyəti kəskin şəkildə iki yerə - dünyəvi və dini hissəyə parçalanıb, ona görə də ən azından ölkə əhalisinin yarısına güvənmək olar. Həm də onlar 1960, 1971 və 1980-ci illərdəki çevriliş təcrübəsinə dayanaraq, güman ediblər ki, müxalifət partiyaları hökumətin devrilməsini dəstəkləyəcək.
Bu ehtimal əvvəlki çevrilişlərə, yaxın tarixdə baş verənlərə əsaslanaraq irəli sürülür. Bu çevrilişlərdən başqa, islamçılardan ibarət hökuməti hakimiyyətdən uzaqlaşdırmaqdan ötrü, ordu 1997-ci ildə “postmodernist” çevriliş həyata keçirib. Hətta 2007-ci ildə yüksək ordu komandanlığı öz veb saytı vasitəsilə siqnal göndərirdi ki, onlar Abdulla Gülün prezident postunda əyləşməsinin əleyhinədirlər, çünki onun həyat yoldaşı hicablıdır.
Bu axırıncı xəbərdarlıq faktiki baxımdan uğusuzluqla nəticələndi. Sonradan hökumətin loyallığından istifadə edən polis və prokurorluqdakı gülənçilər yüksək ordu komandanlığı sıralarında "təmizləmə" apardılar. Ancaq sonradan Ərdoğan ”Ergenekon” və “Balyoz” işi ilə bağlı proseslərdə zabitlərin həbsində Gülənlə əlaqəsi olan yüksək vəzifəli polis və hakimləri günahlandıraraq, ordu komandanlığı ilə barışmışdı. Bəlkədə, dünyəvi dünya görüşlü zabitlər bu hərəkətlərə Ərdoğanın zəifliyi kimi baxaraq, öz gücünü bərpa edənə qədər, ona zərbə vurmağı qərara alıblar.
Hətta o da mümkündür ki, ordu sıralarındakı gülənçilər yəqin ki, digər dünyəvi baxışlı narazı zabitlərlə birlikdə və əlaqəli şəkildə ümumi düşmən hesab etdikləri Ərdoğana qarşı hərəkətə keçiblər. Ona görə də, heç təəccüblü deyil ki, hökumət qiyamçılar arasında kifayət qədər gülənçi tapa bilib. Amma belə bir vəziyyət, qiyamın təkcə gülənçilər tərəfindən həyata keçirilməsi demək deyil.
Biz bilirik ki, qiyamçılar öz hesablamalarında yanılıblar. Ən yüksək hərbi komandanlıq mülki hökumətə olan sədaqətini saxlayıb, müxalifət partiyaları birləşərək çevriliş cəhdinə qarşı çıxıblar. Ən başlıcası isə, həm islamçılar, həm də dindar olmayan minlərlə sadə vətəndaş küçələrə axışaraq çevriliş cəhdinə etiraz ediblər.
İndiki anda çevrilişin kim tərəfindən hazırlanmasına yekun cavab vermək çox çətindir. Amma Türkiyədəki öncəki çevriliş tarixlərinə və ortada olan faktlara əsaslanaraq, belə güman etmək olar ki, Ərdoğan hökumətini əsasən dünyəvi dünya görüşünə malik zabitlərlə, hərbçilər içərisində yer alan qülənçilər (onların sayı bəlli deyil) birlikdə devirməyə cəhd ediblər. (“The National İnterest” - ABŞ)
P.S. Qeyd edək ki, ABŞ mətbuatının bu mövqeyi çevriliş cəhdinin arxasındakı əsl qüvvəni və çevrilişin mahiyyətini gizlətməyə hesablanıb. Bunu ustalıqla həyata keçirmək üçün gülənçilərin çevrilişə qatıldığını, ancaq əsas qüvvənin dünyəvi zabitlər olduğu iddia edilir. Bununla bütün Türkiyə ictimaiyətinin, ordunun rəhbərliyinin, zabitləırin əksəriyyətinin çevrilişin qarşısında dayanması görməzdən gəlinir. Bununla əslində çevrilişi ABŞ-ın bəzi hərb-siyasi güc mərkəzlərindən birinin "maşası" olan FETÖ-nun törətdiyi ehtimalı arxa plana keçrilir. Heç şübhəsiz belə məqalələrlə beynəlxalq ictimaiyyəti çaşdırmağa, terrorçu şəbəkənin başında dayanan Fətulla Gülənin Türkiyəyə verilməməsinə haqq qazandırmağa çalışırlar. Bu isə çevrilişin xaricdən idarə olunduğunu və Türkiyəni faktiki işğal cəhdi olduğunu təsdiqləyir.

Şərhlər