Menu

Həşərat sancan 14 yaşlı qız ölüb

03.08.2016, 11:46
Həşərat sancan 14 yaşlı qız ölüb

Şamaxı rayonunda həşərat sancan 14 yaşlı qız ölüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Şamaxı rayonunun Quşçu kəndində qeydə alınıb.

Kənd sakini, 14 yaşlı Ruqiyyə Adıgözəlovanı evlərində zəhərli həşərat sancıb. Xəstəxanaya yerləşdirilən R.Adıgözəlova orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol