Menu

Bakıda ana qızını yaylıqla boğub - YENİLƏNİB

04.08.2016, 13:40
Bakıda ana qızını yaylıqla boğub - YENİLƏNİB

“AzPolitika” DİN-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Orada yaşayan Züleyxa Cəfərova evində münaqişə zəminində 14 yaşlı qızı Ehsanə Cəfərovanı yaylıqla boğaraq öldürüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Cəfərova tutulub.

Araşdırmalar davam etdirilir.

* * *

Bakıda dəhşətli qətl törədilib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu qəsəbə sakini, 1981-ci il təvəllüdlü Züleyxa Cəfərova qızı, 2001-ci il təvəllüdlü Elfanə Cəfərovanı boğaraq qətlə yetirib. Hadisəni tərədən Z. Cəfərova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol