Menu

Taliblər göyərtəsində Rusiya vətəndaşının olduğu helikopter heyətini girov götürüb

04.08.2016, 22:34
Taliblər göyərtəsində Rusiya vətəndaşının olduğu helikopter heyətini girov götürüb

Pakistana məxsus “Mi-17” tipli helikopter Əfqanıstanın taliblərin nəzarət etdiyi Loqar əyalətində qəza enişi edib.

APA-nın “Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, sərt eniş nəticəsində helikopterdə yanğın baş verib. Bəzi məlumatlara görə, helikopter taliblər tərəfindən yandırılıb.

Məlumatda 7 nəfərdən ibarət ekipajın sağ qaldığı qeyd olunur. Onların arasında Rusiya vətəndaşının olduğu bildirilir.

Pilotlar taliblər tərəfindən girov götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol