publika.az1425999773ilham  serencamVergilər ofşor şirkətləri ilə əməliyyat aparan yerli şirkətlərə səmərəli nəzarət etməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilib.

Sərəncam ilə 21 istiqamətdə islahatın aparılması tapşırılıb. Tapşırıqlardan biri ofşorlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə bağlıdır.

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə qeyd olunur ki, Azərbaycan Respublikası rezidentlərinin vergi güzəşti olan xarici ölkələrdə və ya onların vergi güzəşti tətbiq olunan ərazilərində (ofşorlarda) fəaliyyət göstərən vergi ödəyiciləri ilə əməliyyatlarına səmərəli vergi nəzarəti mexanizmləri qurulmalıdır.