Menu

​"Petkim"də yeni baş direktor müavini vəzifəsi yaradıldı

05.08.2016, 10:18

petkimƏsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding"də layihə və sərmayələr üzrə baş direktor müavini vəzifəsi yaradılıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumatında qeyd edilib.

"Şirkətimizin İdarə Heyətinin qərarı ilə, şirkətimizdə layihə və sərmayələr üzrə baş direktor müavini vəzifəsi yaradılaraq bu vəzifəyə Bilal Quliyev təyin edilib", - deyə məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol