Menu

Rusiyada il ərzində 7,5 min ton sanksiyaaltı məhsul məhv edilib!

06.08.2016, 00:50
Rusiyada il ərzində 7,5 min ton sanksiyaaltı məhsul məhv edilib!

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, il ərzində Rusiyada 7,5 min ton sanksiyaaltı məhsul məhv edilib. Bu barədə xəbəri cümə günü «Rosselxoznadzor»a istinadla, «TASS» agentliyi yayıb.

Xəbərdə qeyd olunur ki, məhv edilmiş ərzaq məhsullarının əsas hissəsi meyvə və tərəvəzdir: alma, şaftalı, üzüm, bibər və badımcan. Bu məhsulların «util edilməsi» üzrə rekordçu bölgə isə Bryansk və Smolensk vilayətləridir (2,7 min tondan artıq məhsul məhv edilib). Eyni zamanda, Tver və Pskov vilayətlərində də uyğun olaraq 1,9 min ton sanksiyaaltı məhsul məhv edilib. Üçüncü yerdə Rostov vilayəti və Kalmık respublikası dayanır (600 tondan artıq).

«Rosselxoznadzor» onu da qeyd edir ki, 6 avqust 2015-ci il tarixdən sonra Rusiyada 228 ton heyvan mənşəli məhsul utilizə olunub.

«Rusiya tərəfindən cavab tədbirləri görüləndən sonrakı 2 il ərzində görülən işlər göstərir ki, Rusiya adəti üzrə Avropa İttifaqının (Aİ) və qadağa siyahısına düşmüş digər ölkələrin göndərdiyi məhsullarsız da keçinə bilir...» - deyə, bu qurumun nümayəndəsi Yuliya Melano qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın kənd təsərrüfatı məhsulları istehsalçıları bu ərzaq embarqosundan udublar. Bundan başqa, Rusiya sanksiyaları Belarus üçün «ağılasığmaz uğur»a çevrilib - sanksiyaların sayəsində bu ölkə Rusiyaya öz məhsullarının ixracını artırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol