Menu

Azərbaycan cüdoçusu olimpiadada 1/4 finala yüksəlib - YENİLƏNİB

06.08.2016, 17:42
Azərbaycan cüdoçusu olimpiadada 1/4 finala yüksəlib - YENİLƏNİB

Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən O.Səfərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

O, ilk görüşündə perulu Xuan Postiqosu xal hesabı ilə yenib. Rəqibinin 2 cərimə xalı qarşılığında 25 yaşlı idmançı 1 vazari və 1 yuko xalı qazanıb.

Səfərov 1/8 finalda isə qırğızıstanlı Otar Bestayevlə qarşılaşıb. Sona 15 saniyə qalmış azərbaycanlı cüdoçu rəqibinə ippon fəndi ilə qalib gəlib.

Qeyd edək ki, Orxan Səfərov 1/4 finalda Felipe Kitaday (Braziliya) - Tobias Enqlmayer (Almaniya) görüşünün qalibi ilə üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol