Menu

Bağlanan 4 bankın əmanətçilərinə 21 mln. manat kompensasiya ödənilib

08.08.2016, 14:43
Bağlanan 4 bankın əmanətçilərinə 21 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

“Parabank”ın əmanətçilərinə 8,1 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 9,1 mln. manat, “Kredobank”ın əmanətçilərinə 2,2 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 1,4 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 20,8 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 19%-ni təşkil edir.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol