Menu

Bu gün aşkarlanan PHS-lərlə bağlı hesabat

08.08.2016, 18:03
Bu gün aşkarlanan PHS-lərlə bağlı hesabat

Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağcabədi, Ağdam və Tərtər rayonlarında bu gün aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlayıb.

Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb, 3 000 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisi və (9M22U raketi – Qrad) qalıqları aşkar edilərək götürülüb, 3 000 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Şıxarx kəndində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 8 000 kv.m ərazi yoxlanılıb.

Bu gün 2 əkin sahəsi və 1 otlaq sahəsində, 6 partlayış yerinə baxış

keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 14 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 08 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol