Menu

Tarif Şurası test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirəcək

10.08.2016, 18:54
Tarif Şurası test imtahanında iştirak üçün ödənişin məbləğini müəyyənləşdirəcək

Tarif (qiymət) Şurasına yeni səlahiyyət verilib. APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 11 aprel tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərmanda əksini tapıb.

Test imtahanında iştirak etmək üçün ödənişin məbləği Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdiriləcək. Fərmana əsasən Tarif (qiymət) Şurasına test imtahanında iştirak etmək üçün ödənişin məbləğini iki ay müddətində müəyyən etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol