Bakıda məşhur oteldə meyit tapılıb.
“Report” un məlumatına Səbail rayonu Azadlıq meydanı 674 ünvanında yerləşən “Absheron JW Mariott” oteldə Səudyyə Ərəbistanı Krallığının vətəndaşı 1963-cü il təvəllüdlü Əl Muhənna Muhamməd Əlinin meyiti aşkar edilib.
Nömrənin hamam otağında aşkarlanmış meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Şərhlər