Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Əməliyyat-texniki idarəsinin sabiq rəisi, general-mayor Natəvan Mürvətovanın istintaqa ifadəsinin bəzi məqamları məlum olub.
Gununsesi.info-nun məlumatına görə, hazırda ev dustaqlığında olan xanım general istintaqa ifadəsində sabiq nazir Eldar Mahmudov və onun müavini olmuş Hilal Əsədovun əleyhinə ifadə verib. Nətavan Mürvətova rəisi olduğu idarənin vəzifəli şəxsləri qanunsuz dinləməsi barədə suallara cavab verərkən, tapşırığın nazir və müavini tərəfindən verildiyini bildirib.
Bu, həbsdə olan MTN-çilərin Eldar Mahmudovun əleyhinə ifadə verdiyinə dair nadir məlumatlardan biridir. Bu səpgili məlumatların KİV-lərə ötürülməyə başlanması E.Mahmudovun həbsinə zəmin hazırlanması kimi də qəbul oluna bilər.
V.Nəsibov

Şərhlər