Menu

Üstünə manqal aşaraq yanan azyaşlı xəstəxanada ölüb

13.08.2016, 11:10

ambulansAzərbaycanda üstünə manqal aşaraq yanan azyaşlı xəstəxanada ölüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avqustun 11-də Hacıqabul rayonunun Rəncbər kəndində yaşayan azyaşlı Yusif Qafarovun üstünə manqal aşıb.

Xəstəxanaya yerləşdirilən Y.Qafarov avqustun 12-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol