Menu

Şəmkir sakini özünü odlu silahla güllələyib

13.08.2016, 11:39

silah_tapancha5Hadisə yerindən nömrəsi silinən “Revolver” tipli tapança, 4 ədəd patron və 1 ədəd giliz götürülüb

Şəmkir şəhərində kişi həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Avqustun 12-də Şəmkir şəhərində yaşayan Qafqaz İsgəndərov həyətində odlu silahdan açdığı atəşlə özünü öldürüb.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən nömrəsi silinən “Revolver” tipli tapança, 4 ədəd patron və 1 ədəd giliz götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol