Menu

ABŞ Güləni Türkiyəyə təhvil verəcəyi yönündə işarələr verir - Səhiyyə naziri

14.08.2016, 18:49

receb akdagTürkiyənin səhiyyə naziri Rəcəb Akdağ ABŞ-ın Fətuhhalhçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Güləni təhvil vermək niyyətində olduğunu düşündüyünü bildirib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, səhiyyə naziri Recep Akdağ deyib ki, “ABŞ topu bir az meydanın ortasında oynatsa da, artıq indi işarələr Fətullah Güləni Türkiyəyə təhvil verəcəkləri yönündədir”.

R. Akdağ rasional düşüncənin bu addımın atılmasını tələb etdiyini vurğulayıb: “Müvafiq sənədləri ABŞ-a təqdim etmişik. Artıq məsələni gecikdirməmələri və Fətullah Güləni cəzasını çəkməsi üçün Türkiyəyə təhvil vermələri gərəkdir. Bunu istəmək bizim, hərbi çevriliş cəhdi ilə bağlı 240 şəhidin haqqıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol