Menu

Bakıda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb

15.08.2016, 12:30

cereyanBinəqədi rayonunun 28 May qəsəbəsində yaşayan Elxan Qasımov həyətində elektrik cərəyanı vurması nəticəsində ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oxşar hadisə Qaradağ rayonunda da baş verib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində qəsəbə sakini Vüsal Məmmədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol