Menu

Bəxtiyar Hacıyevin ittiham olunduğu maddə açıqlandı - YENİLƏNİB

15.08.2016, 18:10

bextiyar haciyev

Hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin nədə ittiham edildiyi məlum olub.

Onun vəkili Adəm Məmmədov "Report"a bildirib ki, B.Hacıyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham olunur.

A.Məmmədov bildirib ki, hazırda Yasamal Rayon Məhkəməsində gözləyirlər: "Bəxtiyar Hacıyevə 500 manat cərimə də kəsilə, 15 sutkalıq həbs cəzası da verilə bilər".

***

Bəxtiyar Hacıyevin işi 27-ci poli s bölməsindən məhkəməyə göndərilir.

Bu barədə Lent.az-a B.Hacıyevin özü məlumat verib.

O bildirib ki, hazırda sənədlərin hazırlanmasını gözləyir.

Sənədlər hazırlandıqdan sonra iş Yasamal Rayon Məhkəməsinə göndəriləcək.

* * *

Harvard məzunu, siyasi fəal Bəxtiyar Hacıyevi Yasamal rayon 27-ci polis bölməsinin əməkdaşları saxlayıb. Bu barədə B.Hacıyev yaxın dostlarına telefonla məlumat verib. O, hazırda Yasamal rayonu 27-ci polis bölməsində olduğunu bildirib. Qeyd edib ki, onu zorla polis bölməsinə aparıblar. O, saxlanılmasının motivini bilmir.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bu barədə eşitmədiyini, nahardan sonra maraqlanacağını deyib.

Yasamal rayonu 27-ci polis bölməsinin növbətçi hissəsindən Meydan TV-yə bildiriblər ki, Bəxtiyar Hacıyev adlı şəxs bu bölməyə gətirilməyib.

Bəxtiyar Hacıyev 2011-ci ilin martında saxlanılıb və 2006-cı ildən etibarən hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

O, Amnesty International, Human Rights Watch, Freedom House, Freedom Now kimi beynəlxalq təşkilatlar tərəfindən "vicdan məhbusu" elan edilib.

B.Hacıyev 4 iyun 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol