Menu

Zaxarova Ştaynmayerin bəyanatını «qəribə» adlandırıb

15.08.2016, 14:54

zaxarovaAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin, hərbi-kosmik qüvvələrin (HKQ) vasitəsilə Rusiyanın Suriyada antiterror əməliyyatlarına başlaması haqda xəbərin Qərb üçün gözlənilməz olduğu barədəki bəyanatını «qəribə» adlandırıb.

Zaxarova bu barədə özünün Facebook səhifəsində yazıb.

«Bunu eşitmək qəribədir - deyə o, yazır - Əgər bu, hərbi istiqamətdə qarşılıqlı fəaliyyət göstərməyin istənilməməsinə görə bir qınaqdırsa, o zaman qınaq Rusiyaya yox, Qərbə yönəlməlidir. Çünki Qərb, Rusiya ilə hərbi əməkdaşlığı, o cümlədən, Moskva ilə praktiki olaraq, bütün istiqamətlər üzrə informasiya mübadiləsini bloklayıb».

Zaxarova xatırladıb ki, Rusiya tərəfi hərbi sahədə heç olmasa, fövqəladə məsələlər üzrə təmasların saxlanmasının vacibliyini davamlı olaraq qeyd edib. «Bu zaman Vaşinqton, Amerika «isteblişment»inin bir sıra gücləri hələ də bu cür qarşılıqlı fəaliyyəti fakt olaraq inkar edir»-deyə, o, işarə vurub.

«Əgər bu inciklikdirsə, yenə də qəbuledilməzdir. Çünki HKQ-in iştirakı ilə Suriyada əməliyyatların başlanmasından əvvəl Rusiya prezidenti Nyu-Yorkda BMT Baş Məclisində «İslam dövləti»nə qarşı vahid antiterror cəbhəsinin yaradılmasını təklif edib. Bildiyimiz kimi, bu təklifə Qərbin reaksiyası belə oldu - sanki heç nə eşitməyiblər»-deyə, Zaxarova xatırladıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol