Menu

​Azərbaycan Yay Olimpiya Oyunlarında 7 idman növündə medal qazanıb

16.08.2016, 18:15

rio_2016_logoAzərbaycan Yay Olimpiya Oyunlarında yeni idman növündə medal qazanıb.

"Report"un məlumatına görə, bu, "Rio-2016"da akademik avarçəkmə növündə kayakçı İnna Osipenko-Radomskayanın sayəsində reallaşıb. 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançı finişə 40,401 saniyəyə çataraq bürünc medala sahib olub.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra - 1992-ci ildə Barselonadan etibarən Yay Olimpiya Oyunlarında təmsilçiləri cüdo, idman gimnastikası, güləş, atıcılıq, boks və ağır atletika növlərində medal baxımından fərqlənmişdi. Avarçəkmə Azərbaycana Olimpiya medalı qazandıran 7-ci idman növü olub. Ölkəmiz bu yarışlarda ən çox güləşdə mükafat əldə edib - 14 medal.

Avarçəkmə kimi 1 medal qazanan ağır atletikadır ki, onu da milliləşdirilən legioner - bolqar Valentin Xristov "London-2012"-də bürünc medalla reallaşdırıb. Əslən Ukraynadan olan İnna Osipenko-Radomskayanın ardıcıl 4-cü olimpiadada 5-ci medalını qazanıb.

Xatırladaq ki, Azərbaycan akademik avarçəkmə növündə "Bakı-2015" I Avropa Oyunlarında da medal qazanmışdı. Bu, Mingəçevirdə keçirilən yarışda gümüş mükafat qazanan Valentin Demyanenkonun sayəsində gerçəkləşmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol